...

Bakıda minik avtomobili işıq dirəyinə çırpılıb, sürücü həlak olub

Hadisə Materials 13 Mart 2012 19:27 (UTC +04:00)
Bu gün Bakıda "Hyundai" markalı avtomobil işıq dirəyinə çırpılıb.
Bakıda minik avtomobili işıq dirəyinə çırpılıb, sürücü həlak olub

Azərbaycan, Bakı, 13 mart /Trend/

Bu gün Bakıda "Hyundai" markalı avtomobil işıq dirəyinə çırpılıb.

Trend-in FHN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nərimanov rayonunda "Hyundai" markalı minik avtomobilinin yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində, sürücünün həlak olaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib, habelə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Xəbər lenti

Xəbər lenti