...

Bakıda ağır yol qəzası olub, ölən və xəsarət alan var

Hadisə Materials 21 İyun 2012 12:30 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 20-də saat 02.30 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində, Naxçıvan şəhər sakini Coşqun Hümbətovun idarə etdiyi "SHACMAN" və Göyçay şəhər sakini Şahin Atayevin idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşub.
Bakıda ağır yol qəzası olub, ölən və xəsarət alan var

Azərbaycan, Bakı, 21 iyun / Trend müxbir K.Zərbalıyeva/

Bakıda ağır yol qəzası olub, ölən və xəsarət alan var.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 20-də saat 02.30 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində, Naxçıvan şəhər sakini Coşqun Hümbətovun idarə etdiyi "SHACMAN" və Göyçay şəhər sakini Şahin Atayevin idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşub.

Toqquşma zamanı hər iki avtomaşın aşıb.

Nəticədə Hümbətov hadisə yerində ölüb, xəsarət almış Atayev isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Xəbər lenti

Xəbər lenti