...

Şamaxıda baş verən yanğın helikopterlərlə söndürülüb

Hadisə Materials 28 Avqust 2012 11:52 (UTC +04:00)
Şamaxıda baş verən yanğın helikopterlərlə söndürülüb.
Şamaxıda baş verən yanğın helikopterlərlə söndürülüb

Azərbaycan, Bakı, 28 avqust / Trend müxbir M.Əliyev/

Şamaxıda baş verən yanğın helikopterlərlə söndürülüb.

Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu gün Şamaxı rayonu, Kərkənc kəndində (rayon mərkəzindən 25 km aralı) 50 ha otlaq sahəsi və Ağsu rayonu istiqamətində çətin keçilən dağlıq ərazidə 60 ha sahədə quru ot və kol-kos yanıb. Yanğın baş verən əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, habelə Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb edilib. Yaxınlıqdakı otlaq sahələri və meşə zolağı yanğından mühafizə olunub.

Yanğın saat 09:50-də söndürülüb.

Xəbər lenti

Xəbər lenti