...

Əfqanıstanda güclü zəlzələ baş verib: 16 nəfər ölüb, 119 yaralı var (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 25 Aprel 2013 00:48 (UTC +04:00)
Əfqanıstanda Pakistanla sərhəd ərazisində 5,7 bal gücündə zəlzələ baş verib.
Əfqanıstanda güclü zəlzələ baş verib: 16 nəfər ölüb, 119 yaralı var (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər aprelin 24-ü saat 14:53-də yayılıb)

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Əfqanıstanda çərşənbə günü baş vermiş güclü zəlzələ nəticəsində 16 nəfər nəfər ölüb, xəsarət alanların sayı isə 119-a çatıb. Bu barədə Trend Əfqanıstan KİV-ə istnadən məlumat verir.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, Əfqanıstanda 5,6 bal gücündə zəlzələ Pakistanla sərhəd ərazidə baş verib.

ABŞ mütəxəssislərinin məlumatına görə, zəlzələnin ocağı yerin 62 kilometr dərinliyində, Əfqanıstanın Cəlilabad şəhərindən 25 kilometr məsafədə olub.

Qərb KİV-ləri daha əvvəl Pakistan meteoroloqlarına istinadən məlumat vermişdilər ki, 6,2 bal gücündə qeydə alınmış zəlzələ Hindistan və Pakistanda da hiss edilib.

Yerli KİV-in məlumatına görə, zəlzələ yerin 66 kilometr dərinliyində, Nangarhar ilə sərhəd olan Laqman əyalətinin inzibati mərkəzi Mehtarlam şəhərindən 11 kilometr cənubda qeydə alınıb.

"Reuters" agentliyi isə məlumat vermişdi ki, zəlzələ nəticəsində Hindistanın paytaxtında binalar silkələnib, yeraltı təkanlar Kəşmirdə də hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti