Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir İ.İzzət/
Bakıxanov qəsəbə sakini bir nəfəri öldürüb, digərinə isə xəsarət yetirərək qaçıb.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 14-də Sabunçu rayonu Bakıxanov qəsəbəsinin ərazisindəki qəbiristanlıqda qəsəbə sakini Elzay Zeynalzadə münaqişə zəminində həmyerlisi Abbas Abbasovu bıçaqla qətlə yetirib, digər həmyerlisi Şahid Kərimova isə xəsarət yetirərək hadisə yerindən qaçıb.
Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.