...

Türkiyədə Rusiyadan Liviyaya saxta sənədlərlə yük daşıyan gəmi saxlanılıb

Hadisə Materials 13 Sentyabr 2013 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Mersin limanında Rusiyadan Liviyaya saxta sənədlərlə yük daşıyan gəmi saxlanılıb. Bu barədə Trend "Deniz Haber" qəzetinə istinadən məlumat verir.

Məlumata görə, gəmi İstanbulun Kadıköy rayonunda yerləşən şirkətlərdən birinə məxsusdur. Gəmi 2860 ton arpa daşıyırdı.

Gəminin Rusiyanın ərazi sularında "Tura" adı daşıdığı və Moldova bayrağı altında üzdüyü bildirilir. Gəmi Türkiyə sularına isə Tanzaniya bayrağı altında "Luna" adı ilə daxil olub. Gəminin heyət üzvlərinin Azərbaycan və Gürcüstan vətəndaşları olduqları qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti