...

Şəkidə də partlayış olub

Hadisə Materials 13 Fevral 2014 19:05 (UTC +04:00)
Trend Kanal S-ə istinadən məlumat verir ki, hadisə şəhərin Sabit Rəhman küçəsində Elşad Alxasov məxsus şadlıq evinin həyətində yerləşən işıq transformatorunda baş verib. Partlayışdan sonra ətrafda yanğın baş verib.
Şəkidə də partlayış olub

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Bu gün Şəkidə də partlayış olub.

Trend Kanal S-ə istinadən məlumat verir ki, hadisə şəhərin Sabit Rəhman küçəsində Elşad Alxasov məxsus şadlıq evinin həyətində yerləşən işıq transformatorunda baş verib. Partlayışdan sonra ətrafda yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının ətrafa yayılmasının qarşısı alınıb.

Hadisə nəticəsində transformatorun şitləri yararsız hala düşüb və ətrafdakı bir neçə ticarət obyekti və yaşayış evinə enerji verilişi dayandırılıb.

Partlayış nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı FHN-in Şəki rayon DYMX-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti