...

Məhkumun anası və bacısının başı bir telefona görə ağrıyacaq (FOTO)

Hadisə Materials 10 Fevral 2015 13:07 (UTC +04:00)
Bakıda 1 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Məhkumun anası və bacısının başı bir telefona görə ağrıyacaq (FOTO)

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda 1 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Emin Elbrus oğlu Ələsgərovun yanına qısamüddətli görüşə gəlmiş anası və bacısı, Bakı şəhər sakinləri Sonaxanım Ağakərim qızı Ələsgərovanın və Elnarə Elbrus qızı Ələsgərovanın üzərlərinə və gətirdikləri sovqata baxış keçirilib.

Baxış zamanı 500 qramlıq "Supersun" qənd qutusunun içərisində gizlədilmiş 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Emin Ələsgərov Cinayət Məcəlləsinin 178.2.4 maddəsinə əsasən, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti