...

Gəncədə 54 yaşlı piyada qadın vurulub

Hadisə Materials 12 May 2015 21:10 (UTC +04:00)
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Gəncədə 54 yaşlı piyada qadın vurulub

Azərbaycan, Bakı, 12 may /Trend/

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, hadisə axşam saat 20:00 radələrində Gəncə-Göygöl yolunun 1-ci km-də - Kəlbəcər Mərkəzi Rayon Xəstəxanasının qarşısında qeydə alınıb.

Yolu keçmək istəyən piyada - Göygöl rayon sakini 54 yaşlı Əfruz İspəndiyarova avtomobil tərəfindən vurulub. Yaralı dərhal qəzanı törədən sürücü tərəfindən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Ona kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti