Sərhədçilər 13 kq-dan çox narkotik vasitə tapblar

Hadisə Xəbər 25 May 2015 18:58 (UTC +04:00)
Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Sərhədçilər 13 kq-dan çox narkotik vasitə tapblar

Azərbaycan, Bakı, 25 may /Trend/

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.

Xidmətin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, Astara rayonunun Qapıçıməhəllə kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhədboyu zonada keçirilən rejim tədbirləri nəticəsində 1 ədəd bağlamada küllü miqdarda 7 kiloqram 045 qram narkotik maddə, o cümlədən 4 kiloqram 410 qram həşiş qətranı, 2 kiloqram 275 qram metamfetamin və 360 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti