...

Sərhədçilərimiz külli miqdarda narkotik vasitə tapdılar (FOTO)

Hadisə Materials 11 Dekabr 2015 17:22 (UTC +04:00)
2 ədəd bağlamada 6 kiloqram 190 qram heroin, 3 kiloqram 65 qram marixuana, 1 kiloqram 160 qram tiryək və 30 ədəd “Metadon” adlı həb aşkar edilərək götürülüb.
Sərhədçilərimiz külli miqdarda narkotik vasitə tapdılar (FOTO)

Bakı. Elmir Murad - Trend:

Sərhədçilərimiz külli miqdarda narkotik vasitə aşkarlayıblar.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, əldə olunan əməliyyat məlumatı əsasında həyata keçirilmiş axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınıb.

Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycana gətirilməsi üçün dövlət sərhədi yaxınlığında gizlədilmiş 2 ədəd bağlamada 6 kiloqram 190 qram heroin, 3 kiloqram 65 qram marixuana, 1 kiloqram 160 qram tiryək və 30 ədəd "Metadon" adlı həb aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti