...

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb

Hadisə Materials 15 Dekabr 2015 13:20 (UTC +04:00)
Bakıda mənzildən külli miqdarda pul və qızıl zinyət əşyaları oğurlanıb.
Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb

Bakı. Samir Məmmədov - Trend:

Bakıda mənzildən külli miqdarda pul və qızıl zinyət əşyaları oğurlanıb. Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Suraxanı rayonu ərazisində baş verib. Dekabrın 13-də Dədə Qorqud qəsəbəsində yaşayan Tural Hüseynovun evindən 7000 manat və qızıl əşyaları oğurlanıb.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Zahid Həsənov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti