Bakı. Samir Əli - Trend:
Fevralın 14-də Sabunçu rayonunun Albalılıq bağlar sahəsində yaşayan Həmid Məmmədrəsuloğlunun küt alətlə qətlə yetirilmiş meyiti evinin həyətində tapılıb.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Abdulzadə və Elman Qasımov tutulub, digər şəxsin tutulması istiqamətində tədbirlər görülür.