...

Sabunçuda köməksiz qalan şəxs son anda xilas edildi

Hadisə Materials 19 Oktyabr 2016 14:49 (UTC +04:00)
Sabunçu rayonu ərazisində suyun səviyyəsinin artması nəticəsində köməksiz qalan şəxs xilas edilib.
Sabunçuda köməksiz qalan şəxs son anda xilas edildi

Bakı. Trend:

Sabunçu rayonu ərazisində suyun səviyyəsinin artması nəticəsində köməksiz qalan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda aramsız yağan yağışlar səbəbindən suyun səviyyəsinin artması nəticəsində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Bakıda su basmış evlərdən 70-dən çox insan təxliyə edildi (FOTO)

Bakıda su basmış evlərdən 70-dən çox insan təxliyə edildi (FOTO)

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub və 1 nəfəri təhlükəsiz əraziyə çıxararaq təxliyə olunmasını təmin ediblər. Əməliyyat saat 13:35-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti