...

Qıza görə adam öldürdü - 16 il cəza aldı

Hadisə Materials 25 Noyabr 2016 17:53 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Kamran Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qıza görə adam öldürdü - 16 il cəza aldı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Kamran Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə K.Həsənzadə 16 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il iyun ayının 29-da Bakının Nərimanov rayonunda 1991-ci il təvəllüdlü Kamran Həsənzadə yaşadıqları binaya gələrək qız yola salan 1990-cı il təvəllüdlü Nazim Ələkbərovu öldürüb.

K.Həsənzadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə təqsirləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti