...

Astarada yol qəzası baş verib - ölən var

Hadisə Materials 5 İyul 2017 22:33 (UTC +04:00)
Astarada yol qəzası baş verib
Astarada yol qəzası baş verib - ölən var

Bakı. Trend:

Astarada yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara rayonu ərazisində “Dongpeng” markalı yük avtomobilinin qəzaya uğraması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış 1977-ci il təvəllüdlü Reyhani Seyidməhəmməd Mirkazım oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:39-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti