...

Dəmir yolu stansiyasından bolt-qayka oğurlayan şəxs tutulub

Hadisə Materials 25 Avqust 2017 12:05 (UTC +04:00)
Ucarda dəmir yolu stansiyasından oğurluq edən şəxs tutulub.
Dəmir yolu stansiyasından bolt-qayka oğurlayan şəxs tutulub

Bakı. Trend:

Ucarda dəmir yolu stansiyasından oğurluq edən şəxs tutulub.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 24-də Ucar dəmir yolu stansiyası ərazisindən 66 ədəd rels altlığı və 154 ədəd bolt-qayka oğurlamaqda şübhəli bilinən Ucar şəhər sakini Orxan Əsgərov həmin əşyaları Yevlax şəhər sakini olan bir nəfərə satarkən saxlanılıb.

V.İmamquliyevə məxsus “QAZ-2401” markalı avtomobilə baxış zamanı 25 ədəd rels altlığı və 19 ədəd bolt-qayka aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti