...

Tovuzda anbar yanıb

Hadisə Materials 4 Sentyabr 2017 17:28 (UTC +04:00)
Dəmir konstruksiyalardan ibarət anbarın içərisində olan mallar 50 kv.m sahədə yanıb.
Tovuzda anbar yanıb

Bakı. Trend:

Tovuzda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Düz Qırıqlı kəndində ümumi sahəsi 110 kv.m olan dəmir konstruksiyalardan ibarət anbarın içərisində olan mallar 50 kv.m sahədə yanıb, yüksək temperaturdan anbarın konstruksiyaları deformasiyaya uğrayıb və anbarın arxasında 5 kv.m sahədə məişət tullantıları yanıb.

Anbarın qalan hissəsi və ona bitişik mağaza yanğından mühafizə olunub. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti