...

Tovuzda qəzaya düşən dərman firmasının 4 əməkdaşı evə buraxılıb

Hadisə Materials 11 Sentyabr 2017 10:35 (UTC +04:00)
Sentyabrın 8-də Tovuz rayonunda baş vermiş ağır yol qəzasında xəsarət alan 5 nəfərdən 4-ü evə buraxılıb.
Tovuzda qəzaya düşən dərman firmasının 4 əməkdaşı evə buraxılıb

Bakı. Samir Əli - Trend:

Sentyabrın 8-də Tovuz rayonunda baş vermiş ağır yol qəzasında xəsarət alan 5 nəfərdən 4-ü evə buraxılıb.

Bu barədə Trend-ə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Hadisə nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü Bağban Qasımov, 1981-ci il təvəllüdlü Bəhmən Məsimov, 1987-ci il təvəllüdlü Sədi Məsimov və 1978-ci il təvəllüdlü Asəf İbadovun səhhəti normal olduğu üçün ambulator müalicəyə buraxılıblar.

1982-ci il təvəllüdlü Vüqar Həsənli isə xəstəxananın travmatologiya şöbəsində müalicəsini davam etdirir. V.Həsənli ağır kəllə-beyin travması aldığından əməliyyat edilib və hazırda vəziyyəti sabitdir.

Qeyd edək ki, sentyabrın 8-də səhər saatlarında Tovuz rayonu ərazisində "60-BN-016" dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Avtomobildə olan və xəsarət alanlar dərman firmasının işçiləridir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti