...

Gürcüstandan Azərbaycana qanunsuz mobil telefon keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 26 May 2018 18:55 (UTC +04:00)
Avtomobilin gizli saxlanc yerlərindən mobil telefonlar aşkar edilib.
Gürcüstandan Azərbaycana qanunsuz mobil telefon keçirilməsinin qarşısı alınıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Gürcüstandan Azərbaycana qanunsuz mobil telefon keçirilməsinin qarşısı alınıb.

DGK-dan Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana idarə etdiyi "Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı, nəqiyyat vasitəsinin gizli saxlanc yerlərindən 3 ədəd "Samsung J3", 2 ədəd"Samsung Galaxy J7 pro", 1 ədəd "Samsung Galaxy A5", "Samsung Galaxy J5" və "Samsung Galaxy J5 pro" markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti