...

DİN: 25 kiloqrama yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb

Hadisə Materials 8 İyun 2018 11:03 (UTC +04:00)
25 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş xeyli sayda çətənə kolu polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
DİN: 25 kiloqrama yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlərini uğurla davam etdirirlər.

DİN-dən Trend-ə verilən məlumata görə, təkcə bir gün ərzində - iyunun 7-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 25 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş xeyli sayda çətənə kolu polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Qeyd edək ki, ötən gün daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.

Bu istiqamətdə tədbirlər qətiyyətlə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti