...

Yol qəzasında ölən şəxsin yaxınları axtarılır - FOTO

Hadisə Materials 20 Avqust 2018 12:24 (UTC +04:00)
Avqustun 19-da həmin şəxs Quba RMX-da vəfat edib.
Yol qəzasında ölən şəxsin yaxınları axtarılır - FOTO

Bakı. Trend:

Qubada yol qəzasında ölən şəxsin yaxınları axtarılır.

DİN mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, avqustun 17-də Quba şəhəri ərazisində yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış naməlum kişi tapılıb, dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avqustun 19-da həmin şəxs Quba RMX-da vəfat edib.

Tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmayıb. Həmin kişinin əlamətləri belədir: boyu 165-170 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qonurdur, yaşı 60-70 arası. Bədəninin müxtəlif nahiyələrində döymələr var: sol əlində barmaqlarının üzərində 1959 yazısı, sol biləyində “ana” yazısı, sağ biləyində “ata” yazısı, sol əlində baş barmağında ərəb dilində yazı yazılıb.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə (02333) 5-43-02; (02333) 5-35-11 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti