...

Bakıda xuliqanlıq edən şəxs tutulub

Hadisə Materials 22 Sentyabr 2018 15:33 (UTC +04:00)
Bakı şəhər sakini Ş.Qarayevi bıçaqla hədələməkdə, avtomobilinin şüşəsini və güzgüsünü sındırmaqda şübhəli bilinən paytaxt sakini Ş.Səmədov saxlanılıb
Bakıda xuliqanlıq edən şəxs tutulub

Bakı. Trend:

Bakıda xuliqanlıq edən şəxs tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 21-də Nəsimi rayonunun R.Behbudov küçəsində naməlum şəxs Bakı şəhər sakini Şirazi Qarayevi bıçaqla hədələyib, habelə “Mercedes” markalı avtomobilinin şüşəsini və güzgüsünü sındırıb.

Hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini Şahin Səmədov Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti