...

Xətaidə 4 otaqlı ev yanıb

Hadisə Materials 11 Fevral 2019 19:42 (UTC +04:00)
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Xətaidə 4 otaqlı ev yanıb

Bakı. Trend:

Bakının Xətai rayonunda ümumi sahəsi 60 kv.m olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti