...

Qazaxda 9 ədəd top mərmisi tapılıb (FOTO)

Hadisə Materials 23 Sentyabr 2019 00:20 (UTC +04:00)
Qazax rayonu, Cəfərli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub
Qazaxda 9 ədəd top mərmisi tapılıb (FOTO)

Bakı. Trend:

2019-cu il 23 Sentyabr tarixində saat 11:00-da Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Cəfərli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 9 ədəd (tərkibində heç bir partlayıcı maddə olmayan) 45 mm-lik top mərmisi (8 ədəd OR-240 və 1 ədəd BR-240) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 150 kv.m əraziyə yerüstü, 30 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti