Bakı. Elnur Bağışov - Trend:
İranın şimal-şərqində Şimali Xorasan vilayətində spirtli içkilərdən 27 nəfər zəhərlənib.
Trend-in məlumatına görə, bunu İranın Şimali Xorasan vilayətinin polis rəisi Əlirza Məzahiri deyib.
Ə.Məzahirinin sözlərinə görə, ötən ay ərzində baş verən zəhərlənmələr zamanı 3 nəfər həlak olub, bir nəfər isə görmə qabiliyyətini itirib.
Aparılan əməliyyat çərçivəsində 4 nəfər saxlanılıb. Spirtli içkilərin hazırlanmasında istifadə olunan 1 473 litr metanol aşkarlanaraq götürülüb.