...

Bakı-Şamaxı yolu bağlandı, hərəkət tam məhdudlaşdırıldı (FOTO/VİDEO)

Hadisə Materials 12 Mart 2021 15:10 (UTC +04:00)
Bakı-Şamaxı yolu bağlandı, hərəkət tam məhdudlaşdırıldı (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bəzi hissələri sərt hava şəraiti ilə bağlı bağlanıb.

Trend-in məlumatına görə, yolun, 31, 35, 36, 40,42 və 46-cı kilometrliklərində qeyri-sabit hava şəraitindən hərəkət dayanıb. Ərazidə baş verən çovğun nəticəsində yağan qar yolun hərəkət istiqamətinə yığılıb. Bu vəziyyət yolda avtomobillərin hərəkətinin dayanmasına səbəb olub. Artıq təhlükəsizlik tədbirləri üçün yolda hərəkət məhdudlaşdırılıb.

Əraziyə yol polisləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti