...

İran-İraq sərhədində zəlzələ baş verib

Hadisə Materials 6 İyun 2021 09:23 (UTC +04:00)
İran-İraq sərhədində zəlzələ baş verib

Bakı. Elnur Bağışov – Trend:

İranın İraqla sərhədində yerləşən İlam vilayətinin Salehabad rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 09:24 dəqiqədə 9 km dərinlikdə qeydə alınıb.

Ehtimal olunan itki haqda məlumat verlməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti