...

İstanbulda zəlzələ olub

Hadisə Materials 19 İyun 2021 18:19 (UTC +04:00)

Bakı. Trend:

İstanbulun Mərmərə bölgəsində zəlzələ olub.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

AFAD-ın xəbərinə görə, təkanlar Bakı vaxtı ilə saat 16.08-də Kartal rayonunda qeydə alınıb.

7 kilometr dərinlikdə baş verən zəlzələnin gücü 3,9 bal olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti