...

Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Hadisə Materials 12 Fevral 2022 03:06 (UTC +04:00)
Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Bakı. Trend:

Tovuzda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistralının Tovuz rayonun Əyyublu kəndindən keçən hissəsində qeydə alınıb.

Trend xəbər verir ki, hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili "Shacman" markalı yük maşını ilə toqquşub. Qəza zamanı "VAZ-2107"nin sərnişini 58 yaşlı Hüseyn Məmmədov dünyasını dəyişib. Onun sıxılmış vəziyyətdə qalmış meyiti Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz rayon hissəsinin xüsusi xilasetmə briqadasının əməkdaşları tərəfindən deformasiyaya uğrayan avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Sürücü 51 yaşlı Elçin Məmmədov müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti