...

Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb (VİDEO)

Hadisə Materials 22 Fevral 2022 13:31 (UTC +04:00)
Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb (VİDEO)

Bakı. Trend:

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Nəsimi Abbaszadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, üzərindən heroin aşkarlanan şəxs narkotik maddəni qonşusundan aldırdığını bildirib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N. Abbaszadəyə narkotik maddəni 70 manata satan Şəmkir rayon sakini Sabir Yusifov saxlanılıb. Üzərindən narkotik vasitə aşkar edilən Sabir Yusifovun yaşadığı fərdi yaşayış evindən isə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Faktlarla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti