...

Ağcabədidə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Hadisə Materials 19 Mart 2022 11:19 (UTC +04:00)
Ağcabədidə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədi Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən bir qrup rayon sakini onlara məxsus obyektlərdən oğurluqlar edilməsi barədə məlumatlar veriblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, rayon sakinləri Vüsal Mustafayev və Niyazi Abdullayev saxlanılıblar. Araşdırmalarla onların qabaqcadan əlbir olaraq rayon ərazisindəki fermaların birindən 2000 manat dəyərində dəmir boru, naqil, bir mağazadan geyim əşyaları, digər mağazadan 360 manat pul, 1600 manat dəyərində tütün məmulatları və ərzaq məhsulları oğurladıqları müəyən edilib.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti