Bakı. Trend:
Abşeron rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Digah qəsəbəsində ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.