...

Balakəndə ər arvadını bıçaqla qətlə yetirib

Hadisə Materials 27 İyul 2022 16:15 (UTC +04:00)
Balakəndə ər arvadını bıçaqla qətlə yetirib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 27-də Balakən rayon sakini 2001-ci il təvəllüdlü Əbdürəhmanova Emilya Məzahir qızının bıçaqla qəsdən öldürməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1995-ci il təvəllüdlü Elton Layicovun qısqanclıq zəminində arvadına bıçaq xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elton Layicov şübhəli şəxs qismində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti