...

Bərdədə arvadı 28 yaşlı ərini öldürüb

Hadisə Materials 29 İyul 2022 16:48 (UTC +04:00)
Bərdədə arvadı 28 yaşlı ərini öldürüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bərdə rayonunda 28 yaşlı kişi arvadı tərəfindən qətlə yetirilib.

Bərdə rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, iyulun 29-da Bərdə rayonu Şorəli kənd sakini 1994-cü il təvəllüdlü Nurlan Çərkəzlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı 1994-cü il təvəllüdlü Aysu Çərkəzlinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Nurlan Çərkəzlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aysu Çərkəzli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti