Bakı. Trend:
Bakıda küçədən avtomat tapılıb.
Daxili İşlər nazirliyindən Trend-ə verilən məlumata görə, Laçın rayon sakini T.Rzayev Sabunçu rayonu ərazisində “AK-74” markalı avtomat silahı, 1 ədəd patron darağı və 7 patron tapıb.
Vətəndaş tapdığı silahı və patronları polis idarəsinə təhvil verib.