Bakı. Trend:
Lənkəranda boğulma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.
Trend xəbər verir ki, rayonun Sütəmurdov kəndi ərazisində dənizdə iki nəfərin batması ilə bağlı təcili tibbi yardım və FHN-in xilasetmə xidmətinə məlumat verilib.
Xilas edilənlərdən biri 13 yaşlı yeniyetmə Biləsuvar rayon sakini 2010-cu il təvəllüdlü Arzu Rüstəmova və həmyerlisi 1984-cü il təvəllüdlü Rahilə Hüseynovaya ilkin tibbi yardım göstərilib.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan hər iki şəxs reanimasiya şöbəsinə yerləşdirilib.