Bakı. Trend:
Britaniyanın beşinci nəsil “F-35B” döyüş təyyarəsi Yaponiyanın Kyuşu adasındakı Kaqosima şəhərinin mülki hava limanına məcburi eniş edib.
Trend xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata görə, eniş səbəbindən hava limanında uçuş-enmə zolağı müvəqqəti bağlanıb ki, bu da uçuş cədvəlinin pozulmasına gətirib çıxarıb.