Bakı. Trend:
ABŞ-nin Merilend ştatının Baltimor bölgəsində naməlum şəxs küçəyə toplaşan insanlara atəş açıb.
Trend-in “ABC News”a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 6 nəfər yaralanıb.
Atışma şənbə günü yerli vaxtla saat 20:50-də (Bakı vaxtı ilə bazar günü 04:50) Spouldinq və Kvinsberi prospektlərinin kəsişməsi yaxınlığında baş verib.
Baltimor polis komissarı Riçard Uorlinin sözlərinə görə, yaralılar arasında 5 yaşlı qız da var, lakin onun həyatı üçün təhlükə yoxdur. Yaralılardan biri – 38 yaşlı kişinin vəziyyəti isə ağırdır.
Hadisə ilə bağlı polis araşdırmaları davam etdirir.