...

ABŞ-də “ChatGPT”nin tövsiyəsi 60 yaşlı kişidə psixoz yaradıb

Turizm Materials 10 Avqust 2025 09:18 (UTC +04:00)
ABŞ-də “ChatGPT”nin tövsiyəsi 60 yaşlı kişidə psixoz yaradıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Vaşinqton Universiteti Tibb Məktəbinin həkimləri 60 yaşlı kişidə kəskin psixozun yaranmasına səbəb olan natrium bromid zəhərlənməsi faktını müəyyən ediblər.

Trend xəbər verir ki, bu barədə “Gizmodo” nəşri məlumat yayıb.

Mütəxəssislərin bildirdiyinə görə, xəstə üç ay ərzində “ChatGPT”nin verdiyi tövsiyələr əsasında özü üçün pəhriz proqramı tərtib edib. O, natrium xloridi menyusundan çıxarmaq qərarına gəlib və məsləhət üçün süni intellektə müraciət edib. Neyron şəbəkə isə ona natrium bromid də daxil olmaqla bir neçə alternativ təqdim edib.

Qısa müddət sonra xəstədə paranoya, halüsinasiyalar və məkanda orientasiya pozğunluğu, daha sonra isə digər psixoloji problemlər müşahidə olunub.

Pasiyent xəstəxanaya yerləşdirilib, psixoloji terapiya kursu keçib və üç həftə sonra evə buraxılıb. İki həftə sonra aparılan təkrar müayinədə onun vəziyyətinin stabil olduğu təsdiqlənib.

Həkimlər vurğulayıblar ki, süni intellektin verdiyi tövsiyələr ümumi xarakter daşıyır və tibbi kontekstə uyğunlaşdırılmadıqda insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Xəbər lenti

Xəbər lenti