...

Bakıda restoranda qətl olub - İş yoldaşını öldürdü

Hadisə Materials 26 İyul 2023 13:47 (UTC +04:00)
Bakıda restoranda qətl olub - İş yoldaşını öldürdü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 26-də saat 12 radələrində Səbail rayonu Bibiheybət qəsəbəsində restoranların birində işləyən 2002-ci il təvəllüdlü Ömərov Azər Aslan oğlunun aldığı xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cinayət hadisəsi onun iş yoldaşı 2002-ci təvəllüdlü Əkbərli Rüfət Əsgər oğlu ilə şəxsi münasibətlər zəminində baş verib. R.Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti