...

Qazaxda 41 yaşlı kişi bıçaqlanıb

Hadisə Materials 11 Avqust 2023 08:54 (UTC +04:00)
Qazaxda 41 yaşlı kişi bıçaqlanıb

Bakı. Trend:

Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Qeyd olunub ki, Qazax Rayon Polis Şöbəsinə rayonun Böyük Cəfərli kənd sakini, 1982-ci il təvəllüdlü Sənan Omarovun sinə nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

"Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Omarova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Əfqan Vəliyev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə baş inspektor bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti