...

Qaxda 26 yaşlı oğlan bıçaqlanıb

Hadisə Materials 23 Noyabr 2023 02:43 (UTC +04:00)

Bakı. Trend:

Qazax rayonunda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Trend-ə bildirilib ki, noyabrın 22-də saat 20:00 radələrində Qazax Rayon Polis Şöbəsinə rayon sakini 1995-ci il təvəllüdlü Kənan Qəfərovun kəsici alətdən aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Dərhal rayon polis şöbəsinin və prokurorluğun əməkdaşları hadisə yerinə gələrək, müvafiq araşdırmalar aparıblar. İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakini Rəşad Məhərrəmov aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Kənan Qəfərovun qarın nahiyəsinə bir neçə zərbə vurmaqla onu qətlə yetirib.

Qeyd edək ki, hər iki şəxs qonşu olublar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəşad Məhərrəmov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti