...

Küçə fənərləri cinayətlər haqqında məlumat verəcək

Maraqlı Materials 19 Oktyabr 2015 20:18 (UTC +04:00)
ABŞ-da küçə fənərlərinə quraşdırılan yeni "ShotSpotter” sistemi atəş səslərini identifikasiya etməyə və onlar barədə 911 xilasetmə xidmətinə məlumat verməyə imkan verəcək.
Küçə fənərləri cinayətlər haqqında məlumat verəcək

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

ABŞ-da küçə fənərlərinə quraşdırılan yeni "ShotSpotter" sistemi atəş səslərini identifikasiya etməyə və onlar barədə 911 xilasetmə xidmətinə məlumat verməyə imkan verəcək. Bu barədə Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumat verir.

Hazırda San-Dieqo və Ceksonvill şəhərlərində nəqliyyatın hərəkəti, boş parklama yerləri və hava şəraitinin monitorinqi barədə informasiya verən "ağıllı" küçə işıqlandırma sistemi işə salınıb. Küçə fənərlərinin növbəti funksiyası küçə cinayətləri haqqında məlumatın verilməsi olmaqla ümumi şəhər səs-küyündə odlu silahdan açılan atəş səslərinin müəyyənləşdirilməsi olacaq. İntellektual sistem yalnız atəş səslərinə reaksiya verməklə onları fişəng və avtomobil səslərindən seçəcək.

"Qazeta.ru" yazır ki, statistik məlumatlara görə, bu gün 911 xidmətinə küçədə baş verən 10 atışma hadisəsinin yalnız biri barədə məlumat verilir. Yeni texnologiya bunu daha operativ və diqqətlə etməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti