...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2008 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 4-də saat 19.35-dən 20.00-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 15.00-dan 15.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.30-dan 22.45-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 22.05-dən iyunun 5-i saat 06.25-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20.15-dən 20.50-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti