...

ATƏT-in Minsk Qrupunun fəaliyyəti az səmərəlidir – avropalı ekspert

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Sentyabr 2008 19:50 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun fəaliyyəti az səmərəlidir – avropalı ekspert

Azərbaycan, Bakı, 25 sentyabr/ Trend , müxbirlər E.Ostapenko, D.İbrahimova/ ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrləri elə dövlətlərdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli onlar üçün prioritet məsələ deyil və bununla əlaqədar, uzun illər ərzində onun fəaliyyəti az səmərəlidir, Transatlantik İnstitutun (London) direktoru Ziba Norman cümə axşamı Trend agentliyində mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin (Fransa, ABŞ, Rusiya) coğrafi baxımdan bir-birindən uzaqda yerləşmələri də MQ - nin fəaliyyətinin az səmərəli olmasının səbəbidir.

1994 - cü ilin mayında Azərbaycan və Ermənistan atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. ATƏT-in Minsk Qrupu 1994 - cü ildə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə yardım etmək məqsədilə yaradılıb.

Normanın rəyinə görə, Türkiyə Minsk Qrupu ilə paralel Dağlıq Qarabağ probleminin həllinə yardım edə bilər və onun bu prosesdə iştirakı səmərəli ola bilər.

Sentyabrın ortalarında Ankara beş ölkə - Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və Ermənistan üçün "Qafqazda Təhlükəsizlik və Sabitlik Platforması"nın yaradılması təşəbbüsü ilə çıxış edib. Bu Platformanın yaradılmasının məqsədi Türkiyənin Qafqazda Ermənistan və Türkiyə, Ermənistan və Azərbaycan arasında ərazi münaqişələrinin daha tez həllinə səy göstərməsi olub.

Transatlantik İnstitutunun direktorunun sözlərinə görə, Cənubi Osetiyadakı münaqişənin Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə tətbiqi üçün katalizator rolunu oynaması barədə rəy var. Lakin bu, Ankaranın münaqişənin nizamlanmasına yönələn birinci cəhdi deyil. "Türkiyə hələ Cənubi Osetiyadakı münaqişəyədək Azərbaycan və Ermənistan arasında vasitəçi olmaq istəyib", - Norman bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti