...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Dekabr 2009 11:01 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir K.Zərbalıyeva/                                                    

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 21-də saat 17.30-dən 18.00-dək Ermənistan Respublikası Berd rayonunun Mosoqerx kəndi ərazisində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən ərazilərimizi, saat 18.00-dən 18.48-dək, 19.30-dan 19.40-dək Ağdam rayonununYusifcanlı və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 19.05-dan 19.15-dək Goranboy rayonu ərazisində yerləşən adsız yüksəkliklərdə yerləşən mövqelərdən, dekabrın 22-də saat 00.05-dən 00.30-dək Fizuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən  Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti