...

Çexiya ümid edir ki, yenilənmiş Madrid sənədi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında təməl olacaq - Baş nazirin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 May 2010 20:20 (UTC +04:00)
Avropa İttifaqının bütün ölkələri Cənubi Qafqazın stabil və açıq bölgə olmasında çox maraqlıdırlar. Bu sözləri Trend-ə Azərbaycana mayın 13-14-də səfər edəcək Çexiyanın Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohout deyib.
Çexiya ümid edir ki, yenilənmiş Madrid sənədi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında təməl olacaq - Baş nazirin müavini

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Y.Ostapenko/

Avropa İttifaqının bütün ölkələri Cənubi Qafqazın stabil və açıq bölgə olmasında çox maraqlıdırlar. Bu sözləri Trend-ə Azərbaycana mayın 13-14-də səfər edəcək Çexiyanın Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohout deyib.

"Mən ümid edirəm ki, yanvarın axırında Soçidə keçirilmiş görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təqdim olunan yenilənmiş Madrid sənədi Dağlıq Qarabağ münaqişəsinin tamamilə nizamlanması üçün güzəştin tapılmasında təməl olacaq", - Kohout deyib.

Onun sözlərinə görə, Çexiya əmindir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə aparan yeganə yol Minsk qrupu tərəfindən möhkəmlənən prinsiplər əsasında birbaşa danışıqlardır. Bu danışıqlarda, həmçinin suverenliyə və ərazi bütövlüyünə hörmət və dünya tərəfindən qəbul olunan sərhədlərin toxunulmazlığı əsas amal olmalıdır.

"Buna görə, biz Azərbaycan və Ermənistan prezidentləri arasında ötən il keçirilmiş dialoqun güclənməsini dəstəkləyirik. Avropa İttifaqı hər iki tərəfi bu yolla irəliləmə işində dəstəkləyəcək və hər cür köməklik göstərəcək. Çünki bu sahədə olan irəliləmə bölgənin stabilliyinə, təhlükəsizliyinə və inkişafına müsbət təsir göstərəcək", - Baş nazirin müavini deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının formatı ölkələr və insanlar arasında əlaqələrin yaradılmasına, köhnə mübahisələrin və tarixi ixtilafların həlli yolu olmağına sübutdur.

"Məhz buna görə keçən il Aİ "Şərq tərəfdaşlığı" layihəsini təklif edib. Bu, Azərbaycan və Ermənistan arasında hər iki tərəfə səmərəli əməkdaşlıq üçün daha bir platformadır. Bu layihə gələcəyə ümidlə baxmağa yardım etməyə yönəlib", - Koxout deyib.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti