...

ATƏT Azərbaycan-Ermənistan təmas xəttində monitorinq keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Avqust 2010 09:50 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 31-də Azərbaycan Respublikası Xocavənd rayonunun Aşağı Veysəlli kəndinin şimal istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
ATƏT Azərbaycan-Ermənistan təmas xəttində monitorinq keçirəcək

Azərbaycan, Bakı, 30 avqust /Trend/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 31-də Azərbaycan Respublikası Xocavənd rayonunun Aşağı Veysəlli kəndinin şimal istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyi mətbuat xidmətindən bazar ertəsi verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Caslan Nurtazin keçirəcəklər.

 Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik, onun səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti