...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2011 09:34 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi pozub

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 22-də saat 22:15-dən 22:22-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 17:50-dən 17:53-dək, 21:50-dən 22:00-dək, 04:30-dan 04:35-dək və 04:50-dən 04:55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə Qaraxanbəyli, Qorqan və Aşağı Ədülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti